Abstract:
Korporasiya termini latıncada “corporatio” sözündən
götürülmüş və “birlik” anlamı daşıyır.Korporativ şəbəkə anlamı da müəyyən
birliklər,idarə və müəssisələrin informasiya paylaşımı etməsi üçün formalaşdırılmış
mürəkkəb strukturlardır.Şəbəkə formalaşdırılarkən əsas olan yüksək əlçatalığın
təmini,informasiyanın təhlükəsiz paylaşımının təmini və performansın mümkün
olduğu qədər yüksəldilməsidir.Günümüzdə istənilən profilə malik şirkət üçün onun
kompüter şəbəkəsinin əhəmiyyəti çox önəmlidir.Çünki hazırda elektron sistemlər
idarəetmənin mərkəzləşdirilməsi,ümumi resurslara çıxışı və bu kimi önəmli məsələləri
özündə cəmləyir.