Abstract:
Müasir dövrdə elmi-texniki tərəqqi maşın istehsalından avtomatlaşdırılmış istehsala keçidlə səciyyələnir. İstehsalın avtomatlaşdırılması ilə insanın istehsal prosesində rolu köklü dəyişmələrə məruz qalır. İnsanların istifadə etdikləri bütün maşın və texniki vasitələri fasiləsiz olaraq təkmiləşdirirlər. Onlar istismarda olan maşın və texniki vasitələri daha yüksək dəqiqliyə, istismar göstəricilərinə və məhsuldarlığa malik, insanın fiziki və əqli əməyini daha geniş məkanda əvəz edə bilən yeniləri ilə əvəz edirlər.