Abstract:
Pilotsuz uçuş aparatlarının telekommunikasiya sektorunda rolu, zəruriliyi, üstünlükləri və çatışmazlıqları mövzusu müasir dövrün həm texnoloji, həm də strateji sahələrini birləşdirən çoxşaxəli bir tədqiqat istiqamətidir. Xüsusilə 5G/6G şəbəkələrinin yayılması, təbii fəlakətlərin idarə olunması və ucqar ərazilərdə rabitənin təmin olunması baxımından bu cihazların telekommunikasiya infrastrukturunun ayrılmaz hissəsinə çevrilməsi müşahidə olunur.