Abstract:
Magistr dissertasiya mövzusu əlaqədar tədqiqatların analizi ilə başlamış, qarşıya
qoyulmuş bir neçə məsələ istiqamətində tədqiqatlar aparılmaqla aşağıdakı nəticələrlə
yekunlaşmışdır. Magistr işində insanların və PUA-ların itkisinin qarşısının alınması, mülki, sənaye
obyektlərinə, əmlaklara vurulan zərərin aradan qaldırılması, təcavüzkarların PUA-
lardan qeyri-qanuni yollarla istifadəsindən qorunma yolları, məxfiliyin pozulmasının
qarşısının alınması və PUA-nın hədəfə çatmasına əngəl olan səbəblərin aradan
qaldırılması məsələləri tədqiq edilmişdir. Tədqiqat obyekti olaraq, DJİ Tello modelli dron, Python proqramlaşdırma dili və
Kali Linux əməliyyat sistemi qəbul edilmişdir. Pythonda dronun proqrama zərərli kod yerləşdirilərək səhv lokasiyaya
göndərilməsi və əvvəlcədən daxilinə düzgün lokasiya yerləşdirilmiş dronun itməsinin
qarşısını necə almaq lazım olduğu göstərilmişdir. Kali Linux ƏS- nin köməyi ilə “Evil twin” hücumu həyata keçirilmiş və proses
screenshotlar vasitəsi ilə nümayiş etdirilmişdir.