Azərbaycan Texniki Universitetinin, “2022/2023-ci tədris ilində Apellyasiya Komissiyasının yaradılması haqqında” 24 dekabr 2021-ci il tarixli 211-müx nömrəli əmri ilə apellyasiya komissiyası yaradılmışdır. Apellyasiya Komissiyasına yarana biləcək şikayətlərin operativ həll edilməsi üçün aşağıda qeydiyyatdan keçməniz və yaranacaq elektron kabinetdən müraciət etməniz xahiş olunur.
Apellyasiya komissiyası.
Qeyd:
a) İmtahanda 10 (on) baldan az bal toplayan tələbəyə (magistranta) Apellyasiya Komissiyasına müraciət etmək hüququ verilmir;
b) Tələbə (magistrant) ona verilən qiymətlə razı olmadığı halda, imtahanın nəticələri elan edildiyi gündən etibarən 2 (iki) iş günü müddətində Apellyasiya Komissiyasının sədrinin adına yazılmış ərizə ilə (elektron formada) müraciət edilir;
c) Eyni fəndən Apellyasiya Komissiyasına tələbə ancaq bir dəfə müraciət edə bilər.