Abstract:
Qarabağ iqtisadi zonası zəngin təbii resurslar və alternativ enerji potensialına malikdir. Regionun enerji təhlükəsizliyinin təmin olunması və yaşıl enerji keçidi üçün günəş, külək, hidro və biokütlə enerjisi kimi bərpa olunan enerji mənbələrinin səmərəli və dayanıqlı istifadəsi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə regionda quraşdırılacaq bərpa olunan enerji qurğularının dinamik parametrlərinin tədqiqi, onların texniki, ekoloji və iqtisadi cəhətdən optimallaşdırılması vacibdir.